Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ovqat.com xəbər verir ki, "Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Xatırladaq F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşyalar oğurlamaqda təqsirli biliniblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar şübhəli şəxs qismində tutulublar. Daha sonra onların barəsində həbs qətimkan tədbiri seçilib.

F.Əhmədov və N.Ağayeva Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

 




Ana səhifəyə qayıt        Baxış: 1 087          Tarix: 8-05-2017, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma