Şamaxı rayonunda qətl hadisəsi törədilib.
Hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.
Zaur Hacıyev ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisəni törədən Natiq Binyətov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırılır.
***
Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.
N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.
Paylaş: