Xəbər lenti

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Cəfərli kəndi yaxınlığında mühafizə olunan qoruq ərazisində 3 nəfər tutulub. Onlar Ağsunun Kəndoba kənd sakinləri – 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğudur.

Həmin şəxslərdən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı "Qırmızı kitab"a düşmüş 4 Bərzək quşu götürülüb. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən  araşdırma aparılır.

Qeyd edək ki, Bərzək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı kitab"a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 808          Tarix: 29-01-2018, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma