Xəbər lenti

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.

Bununla bağlı “Report”un sorğusunu Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə cavablandırıb.

O xatırladıb ki, sentyabrın 1-dən ölkə vətəndaşlarına kütləvi şəkildə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb və bunun üçün 7 dövlət xidmətinin elektron məlumat bazası bir-birinə inteqrasiya olunub.

“Bütün yeni layihələrin reallaşdırılması zamanı hansısa texniki xətalar yarana bilər. Bu baxımdan, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi də istisna deyil. Yəni sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın olması qaçılmazdır və müşahidə olunan kiçik çatışmazlıqlar dərhal aradan qaldırılır, yaranmış xırda texniki məsələlər dərhal aidiyyəti orqanların məsul əməkdaşları tərəfindən həll olunur. Yəni vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsindən imtina edilməsindən söhbət belə gedə bilməz”, – DİN rəsmisi qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 445          Tarix: 8-09-2018, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma