Xəbər lenti

“Açıq Cəmiyyət” Platforması “Salyan Oil LTD” Şirkətinin Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə qarşı iddiasını pisləyib.

“Salyan Oil LTD” şirkəti keçmiş əməkdaşları Zəkayət Abdullayeva və Mehparə Əliyevanı, həmçinin onları müdafiə edən Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyini məhkəməyə verib.

İşdən çıxarılan qadınlar özləri məhkəməyə müraciət etdikdən sonra QHT onlara bu məsələdə yardım edib.

“Açıq Cəmiyyət” Platformasının bəyanatında QHT-nin öz fəaliyyətinə görə təqib edilməsinin prezident İlham Əliyevin “Açıq hökumət” islahatları ilə bağlı yürütdüyü siyasətə zidd olduğu bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi uzun illərdir ki, hasilat sənayesində əmək və insan hüquqlarının qorunması ilə peşəkar səviyyədə məşğul olur. Odur ki, “Salyan Oil LTD” şirkətinin bu QHT-yə qarşı məhkəmə iddiası tənqidi fikirlərin susdurulmasına cəhd kimi dəyərləndirilə bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 534          Tarix: 2-10-2018, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma