Xəbər lenti

 

Qazaxda  itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qazax rayon  sakini, 1991-ci  il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları,  2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə  avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

G.Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 26-08-2019, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma