Xəbər lenti

 

Qubada ayı heyvanlara hücum edib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Küsnətqazma kəndində baş verib.

Gecə saatlarında altı baş inək ayının hücumuna məruz qalıb. Heyvanlardan üçü ölüb, üçü isə yaralıdır.

Sakinlər bildirir ki, kənd ərazisində dəfələrlə ayıya rast gəlinib. Amma ilk dəfədir ki, ayı onların təsərrüfatına hücum edir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 463          Tarix: 6-09-2019, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma