Xəbər lenti

 

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. 

Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Ana səhifəyə qayıt        Baxış: 445          Tarix: 12-09-2019, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma