Sentyabrın 22-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
ETSN-dən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 19-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında simşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.
Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Paylaş: