Bakıda qadını qətlə yetirən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal Rayon Polis Şöbəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov və R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Paylaş: