Xəbər lenti

 

Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.

Report-un məlumatına görə, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

İnstitutda səkkiz palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 28-01-2020, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma