Xəbər lenti


Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 mln manat, xərcləri 5 254,8 mln manat olub, 2 556,1 mln manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
“Report” bu barədə Maliyyə Nazirliyinə isitinadən xəbər verir.
Məlumata görə, birinci rübdə dövlət büdcəsinin mədaxili 7 810,9 mln manat və ya rüblük proqnoza qarşı 35,9% çox icra olunub. Həmin vəsaitin 32,5%-i və yaxud 2 536,3 mln manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 039,9 mln manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 221,2 mln manat və ya 12,2% çoxdur.
Həmin vəsaitin 68,5%-i və yaxud 1 396,4 mln manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 244,5 mln manat və ya 21,2% çoxdur.
Bu ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 mln manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 91 mln manat və ya 10,1% çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 109,3 mln manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 39,7 mln manat vəsait daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 631 mln manat vəsait transfert edilib ki, bu da proqnoza nisbətən 1 793,5 mln manat və ya 1,6 dəfə çoxdur.
Bu ilin birinci rübündə dövlət büdcəsində 2 556,1 mln manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 533,4 mln manat profisitdən 2 022,7 mln manat çoxdur.
Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin 1-ci rübündə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq (1 793,5 mln manat) vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln manat profisit yaranıb.
Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması ilk növbədə dövlət büdcəsinə Dövlət Neft Fondundan proqnozdan artıq transfertin (1 793,5 mln manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 mln manat) ilə təmin edilməsi hesabına olub.
Bu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 0,8% və yaxud 5 254,8 mln manat çox icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 mln manat və ya 4,4% çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48%-i və ya 2 519,8 mln manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% və ya 415,3 mln manat çoxdur.
Bu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 919,9 mln manatı və ya 74,6%-i cari xərclərə, 930,3 mln manatı və ya 17,7%-i əsaslı xərclərə, 404,6 mln manatı və ya 7,7%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Bu ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.



Ana səhifəyə qayıt        Baxış: 1 878          Tarix: 3-04-2020, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma