Xəbər lenti


Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Musavat.com-a Şabran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

Araşdırmalarla hadisənin zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində  boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 378          Tarix: 2-09-2020, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma