Xəbər lenti


Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.
***
Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb. 

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib. "Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək. Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.



Ana səhifəyə qayıt        Baxış: 1 952          Tarix: 28-12-2020, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma