Xəbər lenti


Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.  Bu barədə Kulis.az -a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.
O, bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.

Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əjdər Ol Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləməklə yanaşı, onun "sağ əli" hesab olunurdu. Müslümovun "yığım əməliyyatlarının" əsasən onun vasitəsi ilə reallaşdırıldığı bildirilirdi.

Bundan əlavə Əjdər Olun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrinə aylıq "haqq" qoyduğuna dair də çoxsaylı məlumatlar yayılmışdı.



Ana səhifəyə qayıt        Baxış: 2 605          Tarix: 8-02-2021, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma