Xəbər lenti


Zəngilan rayonunda birinci “Ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir və birinci bərpa ediləcək kənd məhz bu kənddir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfəri zamanı səsləndirib.

Səfərdən olan görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb.
Görüntülərdə İ.Əliyevin kənd haqqında fikirləri yer alıb. O bildirib:
"Artıq ilkin araşdırmalar aparılıb. Bu dağılmış Ağalı kəndidir və birinci bərpa olunacaq məhz bu kənddir".





Ana səhifəyə qayıt        Baxış: 3 161          Tarix: 15-02-2021, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma