Xəbər lenti
27-11-2024, 19:25

 

Ovqat.com bildirir ki, Ədliyyə Nazirliyinin  mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən “Notariat haqqında” qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları üçün sənədlərin qəbulu elan olunur.

Qeyd edilib ki, test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini avqust ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Xatırladaq ki, “Notariat haqqında” qanunun və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi qaydası”nın tələblərinə uyğun olaraq test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Мüsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.




Ana səhifəyə qayıt        Baxış: 882          Tarix: 31-07-2017, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma