Avropa İttifaqı (Aİ) Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya qarşı sanksiyaların uzadılmasını imzalamaq istəməməsi faktı ilə üzləşib.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, sanksiyalar hər altı aydan bir uzadılmalıdır və hazırkı müddət yanvarın 31-də başa çatır.
Orban əvvəllər də dəfələrlə Ukrayna ilə bağlı qərarları bloklamaqla hədələyib, lakin sonda həmişə geri çəkilib.
"Rusiya ilə münasibətləri normallaşdırmağın vaxtı gəlib çatıb. Hələ buna çox var, amma biz bunun üzərində işləməliyik", - Orban bildirib.
Aİ səfirləri sanksiyaların uzadılmasına nail olmaq üçün yaxın günlərdə bir neçə görüş keçirəcəklər. Lakin bunun üçün bloka üzv olan 27 ölkənin hamısının yekdil razılığı tələb olunur. Bəzi diplomatlar hazırda B planının olmadığını qeyd edirlər.
Məlumata görə, uzadılmanın gecikməsinə baxmayaraq, Aİ 16-cı sanksiyalar paketini müzakirə edir.
Paylaş: