Xəbər lenti

"Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri NATO-nun Baş katibi Mark Rütte Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

"Əgər Ukrayna uduzarsa, NATO-ya əlavə milyardlarla deyil, trilyonlarla dollar lazım olacaq. Belə olan halda, Qərbin NATO-nu saxlama gücünü bərpa etməsi indi müzakirə etdiyimiz hər şeydən çox baha başa gələcək", - deyə o bildirib.

Rütte atəşkəs barədə az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, eləcə də atəşkəsin Rusiyanın şərtləri altında əldə edilməsinə imkan verməməyə çağırıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Ukraynaya yeni silahların verilməsinin cəbhədəki vəziyyəti dəyişməyəcəyini, sadəcə olaraq münaqişənin uzanmasına gətirib çıxaracağını vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 731          Tarix: Bu gün, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma