AMEA-nın geologiya-mineralogiya elmlər doktoru, Qurban Yetirmişlinin Publika.az-a verdiyi məlumata görə, İranın Şərqi Azərbaycan əyalətində qeydə alınan 4.9 bal gücündə zəlzələnin Azərbaycan heç bir təsiri gözlənilmir:
"Bu, İran üçün elədə böyük zəlzələ deyil. İranda tez-tez 5.2 -5.7 bal gücündə zəlzələlər qeydə alınır. Onun bizim regionlara heç bir təsiri yoxdur. Yeraltı təkanlar ayrı-ayrı tektonik quruluşa malik olub".
Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib ki, İrandakı bu zəlzələ orta güclü hesab edilə bilər:
"Hər iki ölkə seysmik aktiv ərazilər hesab olunur. Lakin yeraltı təkanlar Azərbaycanla əlaqəsi olmayan regionda baş verib. Dərinliyi təxminən 10-15 km olub. Ərazidə keyfiyyət dərəcəsi aşağı olan tikililərə ciddi ziyan dəyə bilər, çünki bu kimi zəlzələlər əsasən binalarda çatlar yarada bilir. İranda yeraltı təkanlar çox tez-tez qeydə alınır. Hər iki halda bunun Azərbaycana heç bir təsiri yoxdur. İranda dərinliyinə görə ən böyük yeraltı təkanlar "Zaqros" zonasında olur. Bu ərazi ən seysmik ərazi hesab olunur və burada gələcəkdə də çox güclü yeraltı təkanların baş verməsi gözlənilir".
***
İranın Şərqi Azərbaycan əyalətində 4.9 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb.
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı məlumata əsasən, zəlzələ yerli vaxtla saat 03:44-də baş verib.
Zəlzələ nəticəsində çoxlu sayda bina zərər görüb.
Hadisə yerində xilasedicilər işləyirlər.
Paylaş: