Xəbər lenti

Bakıda içərisində yarım milyon manatdan çox pul olan seyf oğurlayan qrupun daha bir üzvü tutulub.

"Report"un xəbərinə görə, bu barədə DİN məlumat yayıb.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov RPİ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510.000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini Elçin Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 7-09-2017, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma