Xəbər lenti

 

22:59

Şəmkirdə avtomobilin maneəyə çırpılması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar sürücü, 1948-ci il təvəllüdlü Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Həşimov Əli Həsən oğlu, sərnişin -  eyni qəsəbənin sakini, 1941-ci il təvəllüdlü Kamranlı Əli Teymur  oğludur. Qəza zamanı avtomobildə daha bir sərnişin olub, onun xəsarət almadığı bildirilir.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

21:28

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib.

Ovqat.com "Report"a istinadən bildirir ki, hadisə Şəmkir rayonunun Sabir kənd ərazisindən keçən hissəsində baş verib.
Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili yardım maşını cəlb olunub.




Ana səhifəyə qayıt        Baxış: 553          Tarix: 17-09-2017, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma