Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Mehmet Barlas
“Sabah”, Türkiyə, 11 aprel 2020-ci il
“Microsoft” şirkətinin qurucucu Bill Qeytsin 2015-ci ildəki bir açıqlaması “görəsən, koronavirus öncədən hazırlanmış müharibəyəoxşar plan ola bilərmi?” sualını ağıllardan çıxarmır. Bu cür spekulyativ dəyərləndirmələrə görə, koronavirus yeni bir müharibənin başlanğıcı ola bilər.
Ən böyük hadisə
Bu növ spekulyativ düşüncələr formalaşmaqda davam etdiyi, “hədəf Çindir, yoxsa İran?” sualı ağılları məşğul etdiyi bir vaxtda Bill Qeyts “The Financal Times” qəzetinə müsahibə verib.
Daha öncəki illərdə yoluxma qabiliyyəti olan xəstəliklərin insanoğlunun həyatında ciddi problemlərə yol açdığını bildirən dünyaca məşhur şirkət rəhbəri koronavirus pandemiyasını bəşəriyyətin həyatında baş verən ən böyük hadisə kimi qiymətləndirib.
Koronavirusun mövcudluğunun çoxdan fərqində olduğunu iddia edən Bill Qeyts yaxın günlər ərzində 7 peyvənd fabriki açacağını elan edib.
Kabus nə zaman bitəcək?
Bill Qeyts ABŞ-ın “PBS” telekanalına müsahibədə koronavirus pandemiyası zamanı baş verə biləcək ən pis ehtimalları anladıb. Belə ki, bu “qorxulu yuxu”, sən demə, 2021-ci ilədək davam edəcəkmiş. Pandemiyanın qarşısını almaq məqsədilə hazırlanacaq peyvənd isə bir ildən artıq vaxt apara bilər. Peyvənd olmadan da heç bir şey əvvəlki kimi olmayacaq. Həyatın normala dönməsi 2021-ci ilin payızında gerçəkləşəcək.
67 yaşlı Bill Qeyts əlavə edib ki, dünya hər 20 ildən bir bu cür pandemiya və digər xəstəliklərlə sınağa çəkilir.
Bizdə 12 aprel daha çox önəm kəsb edir
Koronavirus pandemiyasının yaratdığı yoluxma hadisələri, Türkiyə qaynaqlı məlumatlara əsasən, İstanbuldan Anadolu bölgəsinə doğru sürətlə yayılmağa davam edir. İri şəhərlərlə yanaşı, Zonquldağ bölgəsində də şəhərə giriş-çıxışın bağlanmasından sonra pandemiyanın inkubasiya müddəti 12 aprel tarixində bitir.
Qeyd edilən tarixdən sonra ölkə ərazisində yoluxma və ölüm hadisələrində artım baş verərsə, dövlət daha fərqli və daha sərt ictimai tədbir planları açıqlayacaq.
“Biz bu müharibəni qazanacağıq”
Prezident R.T.Ərdoğan isə Türk Şurası Zirvəsindəki çıxışı zamanı “Bu müharibəni, əlbəttə, qazanacağıq. İnfeksiyadan sonrakı zaman üçün də hazırlıq tədbirləri görməliyik. Bu növ qərarların qəbul edilməsi şuramızın beynəlxalq imicini daha da formalaşdıracaq və qlobal gücünü artıracaq”– deyə, bildirib.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar