Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevə təbrik məktubu göndərib.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını doğum günü mübasibətilə təbrik edib: “Qazaxıstanda dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, onun nüfuzunun günbəgün artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur. Ölkələrimiz arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə verdiyiniz töhfə əvəzolunmazdır. Əminəm ki, strateji xarakter daşıyan Azərbaycan-Qazaxıstan dostluğu, əməkdaşlığı və tərəfdaşlığı xalqlarımızın maraqlarına bundan sonra da xidmət edəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 5-07-2018, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma