Xəbər lenti

 

“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.

“Report” xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.

Xatırladaq ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Belə ki, Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.




Ana səhifəyə qayıt        Baxış: 555          Tarix: 31-08-2019, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma