“Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin ən böyük hadisələrindən biridir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 9-cu Beynəlxalq Xəzər Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, yeni neft strategiyası Azərbaycanın, regionun və dünyanın mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayıb.
“Əsrin müqaviləsi” Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bu, müqavilənin əsas xüsusiyyətlərindən biri idi. Böyük transmilli şirkətlər layihələrə qoşuldu və bu da, öz növbəsində beynəlxalq dialoqa start verdi”, - deyə nazir müavini vurğulayıb.
X. Xələfov qeyd edib ki, Sovet vaxtında Xəzərdə ekoloji məsələlərə diqqət yetirilməyib və bu, Xəzər hövzəsində ekoloji böhran vəziyyəti yaradıb: “Lakin “Əsrin müqaviləsi” ilə ilk dəfə olaraq Xəzərdəki ehtiyatlara sahib olan xalq bu resurslardan özü gəlir əldə etməyə başladı. Ən əsası Xəzərdə ekoloji məsələlərə xüsusi diqqət yetirilməyə başlandı”.
Paylaş: