Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə çağırış edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan respublikanın digər şəhər və rayonlarına getmək istəyən insanların sayı artıb:
“Onların diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhəri və Abşeron rayonunun inzibati ərazilərinə giriş-çıxışa tətbiq olunan məhdudiyyət qüvvədə olduğu üçün yalnız təsdiqlənmiş xüsusi ezamiyyət sənədi əsasında, eləcə də yaxın qohumlarının dəfn mərasimində, habelə arayış əsasında dövrün müayinə və müalicələrinə gedib-gələn şəxslər üçün sözügedən ərazilərə giriş-çıxış üçün icazə verilir. Başqa heç bir halda nə Bakıdan rayonlara, nə də rayonlardan xüsusi karantin elan olunan ərazilərə getməyə icazə verilmir”.
K.Əliyev əlavə edib ki, əhali əziyyət çəkib paytaxtdan 50-60 kilometr kənarda yerləşən karantin postlarına getməsin:
“Gedənlər onsuz da geri qayıtmalı olacaq. Hansısa torpaq və ya hər hansı digər yolla getməyə cəhd göstərməsinlər. Çünki belə hərəkətlər xüsusi karantin rejiminin pozulması kimi qiymətləndiriləcək və həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar