Xəbər lenti

 
Ukraynanın İrəvandakı səfirliyi hücuma məruz qalıb.
 
Ovqat.com erməni mətbuatına istinadən xəbər verir ki, hücumun səbəbi Kiyevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi olub.
 
Məlumata görə, səfirlik qarşısında etiraz aksiyası keçirən Daşnaksutyun Erməni İnqilabi Federasiyası Gənclər Təşkilatının fəalları səfirlik iqamətgahını Ukraynanın milli yeməyi sayılan borş yağmuruna tutublar. Onlar içərisi borşla dolu boşqabları səfirlik binasına ataraq, “borşunuzu özünüz yeyin” şüarları səsləndiriblər.
 
Qeyd edək ki, iyulun 13-də Ukraynanın Xarici İşlər Nazirliyi erməni ordusunun Tovuz rayonunu artilleriya atəşlərinə tutmasından dərin narahatlıq keçirdiyini və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bildirmişdi. Sözügedən bəyanatdan qəzəblənən Ermənistan XİN bu gün ölkədəki Ukrayna səfirini nazirliyə çağırmışdı. Görüşdən bir neçə saat sonra gənc “daşnaq”lar “borş aksiyası”na başlamışdılar.
 


Ana səhifəyə qayıt        Baxış: 3 725          Tarix: 16-07-2020, 02:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma