Xəbər lenti


İqlim dəyişikliyi su ehtiyatlarını ciddi şəkildə təhdid edir, mövcud su resurslarımız tükənir.

Baku TV xəbər verir ki, ölkə ərazisində olan çaylar quruyur, əhali həm içməli, həm də texniki suya olan tələbatını qarşılamaqda çətinlik çəkir.

Şamaxı sakinləri də bu təhlükə ilə üz-üzə qalıb. Rayonun ən böyük və ən önəmli su ehtiyatı olan, Zoğalavaçayın məcrasında yerləşən Zoğalavaçay su anbarı da qurumaqdadır. Anbar 1973-cü ildə rayonun qəsəbə və kəndlərinin təsərrüfat sahələrinin tələbatını ödəmək məqsədilə  istismara verilib.
Hazırda anbar iqlim dəyişiklikləri səbəbindən tarixdən silinmə təhlükəsi ilə üz-üzə qalıb. İllərdir ki, bu sudan istifadə edən rayon sakinləri indi su tapa bilmir.

Əkilən bostan sahələrinin suvarılmasında böyük problemlə üzləşən təsərrüfatçılar çarəsiz qalıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şamaxı Suvarma Sistemləri İdarəsi də mövcud vəziyyətdən xəbərdardır. Problemin həlli üçün bir sıra işlər görülür. Onlardan biri də Çuxuryurd sututarında nəzərdə tutulan təmir işləridir ki, həmin su bəndi açılaraq, Zoğalavaçay vasitəsi ilə anbara töküləcək.



Ana səhifəyə qayıt        Baxış: 2 217          Tarix: 25-07-2020, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma