Xəbər lenti


Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib

Musavat.com xəbər verir ki, dəyişikliyə əsasən, ölkə ərazisinə gömrük rüsumu ödəmədən hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamaq şərti ilə mallar gətirməyə icazə verilir. Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1500 ABŞ dollar təşkil edirdi. 

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətiriləın malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir (buna qədər bu məbləğ 1000 ABŞ dollar təşkil edirdi).

Həmçinin Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş vətəndaşların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin ölkə ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

Əvvəl bu kategoriyaya aid şəxslər üçün ümumiyyətlə məhdudiyyət tətbiq edilmirdi.

Bu qərar 20 sentyabr 2020-ci il tarixindən qüvvəyə minəcək.



Ana səhifəyə qayıt        Baxış: 2 924          Tarix: 22-08-2020, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma