Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycanın 20% torpaqlarını işğal edən Ermənistan ötən 30 ilə yaxın müddətdə burada etnik təmizləmə siyasəti ilə yanaşı, azərbaycanlıların mədəni-tarixi irsini yox etməyə, izini itirməyə çalışırdı.
Modern.az xatırladır ki, işğala məruz qalan Dağlıq Qarabağ və ətraf rayonlarda 700-dən artıq tarixi abidə, 26 muzey, 4 qalereya, 14 memorial kompleks, 1107 mədəniyyət ocağı və s. düşmən tərəfindən viran qoyulub, 62 məscid məhv edilib.
Bütün dinlərdə, insanlarda qəbirstanlıq, insanların dəfn olunduğu ərazilər toxunulmaz hesab olunsa da, erməni vandallarını heç zaman bu kimi dini-mənəvi dəyərlər belə dayandırmayıb. Ötən 30 ildə azərbaycanlılara məxsus müsəlman qəbirstanlıqları məhv edilib, baş daşıları dağıdılıb, bəzi hallarda isə onlardan tikinti materialları kimi istifadə olunub.
Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xocavənd, Xocalı və s. azərbaycanlılara məxsus qəbirlər dağıdılıb, mundarlanıb, təhqir olunub.
Ermənistan rəhbərliyi bu faktı gizli saxlamaq üçün əlindən gələni etsə də, zaman-zaman bu faktlar üzə çıxır. Məsələn, erməni gənci Raffi Qevorqyan Cəbrayıl rayonu ərazisində Samir Abbasov adlı azərbaycanlının məzarının üstünə çıxdığı fotolar paylaşıb.
Bu kimi faktlar yüzlərlədir və ermənilərin Qarabağda planlı və sistematik vandalizm aktlarını illüstrasiya edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar