Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Sentyabrın 27-dən başlayan Qarabağ müharibəsində ermənilərin muzdlu döyüşçülərin dəstəyindən istifadə etməsi dəfələrlə tutarlı faktlarla sübut edilib. Ermənistan silahlı qüvvələrinin döyüş meydanında minlərlə itki verməsi muzdluların axınını daha da sürətləndirib. Ermənipərəst medianın cəbhənin digər tərəfindən hazırladığı bir neçə reportaj da bunu sübuta yetirib.
Döyüşlərin başladığı ilk günlərdən Ali Baş Komandan İlham Əliyev də dəfələrlə nüfuzlu xarici media orqanlarına müsahibələrində bu məsələyə diqqət çəkib.
Ermənistan tərəfindən döyüşən muzdlular arasıdan PKK, YPG, ASALA və digər bu kimi terrorçu təşkilatların, habelə qeyri-qanuni silahlı birləşmələrin üzvləri də var.
Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters”in reportajında da təsdiqlənmişdi.
Bundan başqa Fransanın “France24” kanalı Qarabağda döyüşən fransız muzdlu ermənilər haqqında reprotaj yayımladı. Rusiyanın “Kommersant” qəzetində də döyüşə gedən muzdlular haqqında yazı dərc edildi.
Ortaya çıxan təkizb olunmaz faktlar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu muzdlularla bağlı 5 ayrı-ayrı fakt üzrə cinayət işi başladı.
Artıq döyüşlərin ikinci ayı davam edir və bu günə qədər Müdafiə Nazirliyi də Ermənistan tərəfindən döyüşən muzdlulara bir neçə dəfə müraciət edib. Müraciətdə həmin muzdlulara Ermənistanın siyasi rəhbərliyinin vədlərinə uymamaq, döyüş meydanını tərk etmək tövsiyyə olunub.
Ermənilərin muzdlulardan istifdə etdiyini elə ermənilərin özləri də etiraf etdi. Azərbaycan ordusunun əsir götürdüyü Mikaelyan Albert videomüsahibəsində Ermənistan ordusu tərəfindən PKK terrorçularının aylıq 600 dollar maaş qarşılığında döyüşdüyünü, 10-15 nəfərlik dəstələr şəklində fəaliyyət göstərdiklərini etiraf edib.
Bu günə qədər ermənilərin muzdlulardan istifadə etməsi haqda deyilənləri iki gün əvvəl rəsmi qurumlarımız tərəfindən ortaya çıxarılan sənədlər bir daha təsdiqlədi. Bu sənədlər ermənilərin təkzib xəbərlərini darmadağın etdi.
Belə ki, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı Suriya vətəndaşlarına aid siyahı və pasportların surətləri ortaya çıxdı.
Siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
Ermənistan hökumətinin Suriya və Liviyada yaşayan erməniləri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürməsi hələ illər əvvəl məlum idi.
Ermənilərin Suriya və Liviyadan qanunsuz olaraq işğaldan olunmuş ərazilərimizə gətirilməsinin iki əsas səbəbi var idi.
Birinci məqsəd Qarabağdakı Azərbaycan irsini silmək (son 27 ildə tarixi abidələri, yaşayış məntəqələrini məhv etmələri buna sübutdur) və gələcəkdə bu əraziləri qədim erməni torpaqları kimi təqdim etmək idi.
Ermənistan siyasi rəhbərliyi demoqrafik əngəllər yaradaraq nə zamansa azərbaycanlıların doğma torpaqlarına dönmələrinin qarşısını almağı planlaşdırırdı. Əsas hədəflərdən biri də etnik təmizləmə aparmaq idi.
İkinci əsas məqsəd isə bu gün döyüşən muzdluların fəaliyyətinə beynəlxalq səviyyədə haqq qazandırmaq idi. İllər öncə işğal olunmuş ərazilərimizə köçürülən erməni əsilli suriyalılar arasında da döyüşlərdə iştirak edənlər var. Ermənilər indi Suriyadan, Liviyadan, Fransadan gələn muzdlu döyüşçüləri “vətənini sevən könüllülər” kimi təqdim edirlər.
Ermənistanın siyasi rəhbərliyinin illər öncə həyata keçirdiyi məkirli planı məhz bu günə hesablanıbmış. Suriya və Liviyadan ailələrin işğaldan azad edilmiş ərazilərə köçürülüməsi, ardınca da Suriya və Liviyadan döyüşçülərin Qarabağa gəlməsi və ya gətirilməsi. İndi Suriyadan, Liviyadan gələn döyüşçülər deyirlər ki, Qarabağda olan (torplaqlarımız işğal edildikdən sonra oraya köçürülən suriyalı və liviyalıları nəzrdə tuturlar) həmyerlilərimizə dəstəyə gəlmişik.
Bunların hamısı təsadüf ola bilərmi?
Əlbəttə təsadüf deyil və əvvəli etnik təmizləmə ilə başlayan planın bir hissəsidir.
30 ilə yaxın bir müddət keçdi və həqiqətlər üzə çıxdı.
Ermənilərin etnik təmizləmə əməliyyatı, Azərbaycan tarixini işğal edilmiş ərazilərdən silmək planını indi bütün dünya gördü. Son olaraq isə ermənilərin Suriya və Livandan gətirdiyi “könüllülər” planının əsas niyyəti üzə çıxdı...
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar