Xəbər lenti
Bu gün, 09:23
Bu gün, 08:57
Dünən, 13:35
Dünən, 13:00
Dünən, 11:18
Dünən, 11:00
4-11-2025, 21:00
4-11-2025, 19:00
4-11-2025, 17:52
4-11-2025, 16:00
4-11-2025, 14:00
4-11-2025, 12:00
4-11-2025, 09:30
3-11-2025, 23:30
3-11-2025, 21:42
3-11-2025, 19:47
3-11-2025, 14:30
3-11-2025, 11:30
3-11-2025, 10:00
2-11-2025, 21:30
2-11-2025, 18:14
2-11-2025, 14:30
Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyanın təşəbbüsü ilə təşkil olunan aksiya zamanı polislə qarşıdurma yaranıb.
Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefası ilə bağlı fevralın 20-də daha böyük mitinqin keçiriləcəyini bəyan edib. O deyib ki, Paşinyanın partiyası yayda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumat yayıb. “Lakin bu bizim üçün əsas deyil və biz mübarizəmizi sonadək davam etdirəcəyik”, – deyə Manukyan vurğulayıb.
Onun çıxışından sonra mitinq iştirakçıları bir sıra şüarlar səsləndiriblər.
Polisin intizam çağırışına etiraz edən bir qrup hüquq-mühafizə orqan əməkdaşlarına hücum edib.
Polislə qarşıdurma yaranıb və 20-yə yaxın aksiya iştirakçısı saxlanılıb.

Bildirilib ki, fevralın 20-də daha böyük və izdihamlı mitinq keçiriləcək.
**16:25
Ermənistanın paytaxtı İrəvandakı Azadlıq meydanında “Vətənin xilası hərəkatı”nın təşəbbüs ilə mitinq keçirilir. Mitinqdə hərəkatın lideri, müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan çıxış edib.
"Gələcək nəsillər bizə lənət oxuyacaq", - deyən Manukyan xalqı oyanmağa çağırıb.
“Oyanın, ölkənin gələcəyi ilə bağlı qərar verin. Ölkənin gələcəyini həll edən sizsiniz. Bütün milli siyasi qüvvələr sizin yanınızdadır, Gözlərimizin önündə vətənimizi itiririk".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























