Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
“Ukraynanın NATO-ya üzv qəbul edilməsi Donbassdakı müharibəyə son qoymağın yeganə yoludur”.
Ovqat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon söhbəti zamanı belə deyib.
Məlumata görə, Zelenski NATO-nun bu addımının Rusiya üçün “ciddi siqnal” olacağını vurğulayıb. O bildirib ki, Ukrayna alyansa üzv olmaq üçün orduda və müdafiə sistemində istənilən islahatları aparmaq əzmindədir, amma bu islahatlarla Moskvanın aqressiv siyasətini dayandırmaq mümkün deyil.
Zelenski və Stoltenberq söhbət zamanı Donbassda pisləşən təhlükəsizlik vəziyyətini və atəşkəs rejiminin pozulmasının sayının artmasını müzakirə ediblər. Zelenski NATO-nun Baş katibinə bildirib ki, Rusiya öz qoşunlarını Ukrayna sərhədlərinə toplayıb və hücuma tam hazırdır. O, NATO üzvlərini Qara dənizdəki təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa və Qara dəniz bölgəsindəki hərbi mövcudluqlarını gücləndirməyə çağırıb.
"Qara dənizdə bu cür daimi varlıq bölgəni kütləvi şəkildə hərbiləşdirən və ticarət gəmilərinin hərəkətinə mane olan Rusiyanı cilovlamaq üçün güclü bir amil olmalıdır", Zelenski belə deyib.
Stoltenberq də söhbətdən sonra “Twitter” səhifəsində "Rusiyanın öz sərhədləri yaxınlığındakı hərbi fəaliyyətinin və atəşkəsin pozulmasının ciddi narahatlıq doğurduğunu” vurğulayıb. Baş katib bir daha xatırladıb ki, "NATO Ukraynanın ərazi bütövlüyü və suverenliyini ciddi şəkildə dəstəkləyir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar