Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Ermənistanın baş nazir müavini səlahiyyətlərini icra edən Mher Qriqoryan bu gün İrəvanda keçirdiyi brifinqdə regional əlaqələr, nəqliyyat və kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, əslində bu, yalnız Azərbaycana deyil, eyni zamanda 10 noyabr bəyanatının və onun icra edilməsinin qarantı olan Rusiyaya qarşı addımdır. Halbuki, hər üç dövlətin iştirakı ilə qurulan üçtərəfli komissiya bölgədə bütün kommunikasiya xətlərinin açılması üçün konkret layihələr üzərində işləyib.
Nikol Paşinyan da 31 mayda Ararat şəhərinə səfəri zamanı dəmir yollarının açılmasından və qarşılıqlı səfərlərdən bəhs etmişdi. Ancaq bugün onun müavini Mher Qriqoryan bunun tam əksinə çıxır.
Bunun bir neçə səbəbi ola bilər:
- Ermənistanda dövlət mexanizmi iflic durumundadır və vahid siyasi konsepsiya yoxdur;
- Ermənistanda dünyanın müxtəlif güc mərkəzlərinə yaxınlığı olan və hakimiyyətdə təmsil olunan şəxslər arasında kəskin mübarizə və fikir ayrılığı var. Ara Ayvazyanın da bu fikir ayrılığı nəticəsində istefası bunun sübutudur.
- Ermənistan dövləti fərqli açıqlama və təxribatlarla kommunikasiya xətlərinin açılmasını əngəlləməyə, “beynəlxalq müşahidəçi”lərin bölgəyə gətirilməsinə nail olmağa çalışır.
- Bununla Ermənistan Rusiyanı hədəfə çıxarır.
Ancaq fakt budur ki, Azərbaycan kommunikasiya xətlərinin açılmasını Ermənistanla yox, Rusiya ilə müzakirə edir. Çünki Ermənistanın dəmir yolu xətlərinin sahibi Rusiyadır. Ona görə Mher Qriqoryanın komissiyanın işini dayandırması ilə bağlı açıqlamasının əsası yoxdur.
Hər bir halda buna Rusiyanın cavab verəcəyi şübhəsizdir.
Azərbaycan isə artıq öz mövqeyini ifadə edib: Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar