Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumət iclasında bildirib ki, Ermənistan Türkiyə ilə dialoqa hazırdır.
Ovqat.com-un məlumatına görə, o, bunu Ermənistanın gələcəyi və inkişafı üçün böyük fürsət olaraq dəyərləndirir.
“Bu yaxınlarda Türkiyə Prezidenti Ermənistanla münasibətlər mövzusuna toxundu. Onun açıqlamalarında münasibətlərin normallaşmasından və Ermənistan-Türkiyə dəmir yolu və avtomobil yollarının işə qarışmasından danışmaq üçün bir fürsət görürük.
Daha geniş kontekstdə belə bir dialoqa hazırıq. Söhbət bölgəmizi qərbdən şərqə və şimaldan cənuba bağlayan bir qovşağa çevirməkdən gedir.
Rusiyanın da bu prosesə kömək etməyə hazır olduğunu açıq şəkildə ifadə etməkdən məmnunam. AB, Fransa, ABŞ da bu prosesdə maraqlıdır. Hindistan və Çin regional kommunikasiyaların inkişafında maraqlıdır", - Paşinyan belə deyib.
Onun sözlərinə görə, sərhədyanı ölkələrlə münasibətlərin dərinləşməsi və ya normallaşması Ermənistan hökumətinin xarici siyasətinin mühüm istiqamətidir.
O, regional kommunikasiyaların inkişafının İran və Gürcüstanla müzakirə gündəmində əhəmiyyətli rol oynadığını və bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verdiyini söyləyib.
“Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu problemi həll etmək üçün Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli komissiyası kommunikasiyaların açılması məsələsini müzakirə edir. Konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq. Anlayırıq ki, Azərbaycan da öz növbəsində Naxçıvanla əlaqə quracağını gözləyir.
ATƏT -in Minsk Qrupu çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etmək əzmindəyik. Mən Azərbaycanla demarkasiya və delimitasiya prosesinə önəm verirəm və bunun üçün qarşı tərəfi də lazımi şəraitin yaradılması üçün çalışmağa davam edirik. Ümid edirik ki, Azərbaycandan bütün hərbi əsirlərin, girovların və digər məhbusların geri qaytarılması prosesini ən qısa zamanda başa çatdıracağıq ", - Paşinyan bildirib.
O qeyd edib ki, bölgənin sabitliyi və sülhü Ermənistan tərəfinin uzunmüddətli strategiyasıdır: "Biz özümüzü bu işin məsuliyyətlisi hesab edirik. Sülh, sabitlik, əməkdaşlıq arzu olunan məqsədlərdir, lakin buna nail olmaq üçün şüurlu səylər tələb olunur. Ermənistan belə səylər göstərməyə hazırdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar