Xəbər lenti

Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə “Report” Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadla xəbər verir.

"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.



Ana səhifəyə qayıt        Baxış: 3 273          Tarix: 2-04-2022, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma