Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barəsində iddialar, müxtəlif kompromat materiallar yenidən tirajlanmaqdadır.
Onun adının tez-tez Azərbaycan ordusunun əleyhinə iş aparmaqda hallandırılması, döyüşlər zamanı dövlətə düşmən mövqedə dayanması, Rusiyanın maraqlarına xidmət göstərməsi, Türkiyə ilə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə əngəl olması barədə ittihamlar yenidən qızışıb.
Ancaq bu günə qədər ittihamların heç biri təsdiqlənməyib, sübuta yetirilməyib. Son bir həftədə isə Baş Qərargah rəisi yenə gündəmdədir.
Onun Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri ilə bağlı guya qeyri-rəsmi kluarlarda xoşagəlməz ifadələr işlətdiyi iddiaları var.
Müdafiə Nazirliyi deyilənlərə sərt reaksiya verib. Nazirlikdən bildirilib ki, xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər.
Sitat: “Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya ”Baş Qərargah rəisinin türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi" barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil.
Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.
Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir.
Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir.
Maraqlıdır, N.Sadıkova qarşı bu qara PR kampaniyası niyə dayanmır? Baş Qərargah rəisini ictimai qınaq obyektinə çevirən hansı qüvvələrdi?
Bu, hansısa sosial şəbəkə istifadəçisinin, yaxud müxalifət aktivinin, yutuberin fəaliyyətinə də oxşamır. Müşahidəçilərin fikrincə, bu, bir mərkəzdən təşkil və idarə olunan kampaniya təsiri bağışlayır.
Üzeyir Cəfərov: “Ciddi vəzifə tutan, yüksək rütbəli şəxs müşavirədə heç vaxt təhqiramiz ifadə işlətməz, belə ab-havanı ermənilər yaratmağa çalışır”
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında N.Sadıkovla bağlı iddialara sərt reaksiya verdi.
Hərbi ekspert bildirdi ki, bəzi adamların doğurdan da iş-gücü qurtarıb, qayğıları və problemləri bir kənarda qalıb, eyni şəxsi hədəfə çıxarırlar.
“Nəcməddin Sadıkov sıradan şəxs deyil, prezident tərəfindən mühüm vəzifəyə təyin olunub, ciddi bir adamdır. Ona qarşı bu iftiraların nə məqsəd daşıdığını anlaya bilmirəm”, - deyə Ü.Cəfərov sual etdi.
Onun sözlərinə görə, ciddi vəzifə tutan, yüksək rütbəli şəxs müşavirədə heç vaxt təhqiramiz ifadə işlətməz:
“Nəcməddin Sadıkovun xoşagəlməz ifadə işlətməkdə nə məqsədi ola bilər? Mən bunu deyənləri başa düşmürəm. Ümumiyyətlə, bu cür kampaniyanın əleyhinəm və birgə işə xələl gətirdiyini hesab edirəm.
Bu gün ordumuzun qarşısında ciddi tapşırıqları var və bunun fonunda hər dəfə Baş Qərargah rəisini hədəfə çıxarmaq, Müdafiə Nazirliyini açıqlama verməyə məcbur etmək heç doğru deyil".
Ü.Cəfərov hesab edir ki, Müdafiə Nazirliyi işi-gücünü atıb sosial şəbəkədə hər yazılan qeyri-ciddi söhbətlərə reaksiya vermək borcunda deyil:
“Detallı demək istəmirəm, hazırda dövlət səviyyəsində mühüm işlər görülür. Bu haqda rəsmi məlumat veriləcək və ümumi işə zərər vuran bu cür kampaniyalar, yanaşmalar da dayanmalıdır.
Yəni, bu adamlar sakitləşməlidir, əgər ordunu sevirlərsə, o halda yuxarı heyətə inamsızlıq yaratmamalıdırlar. Çünki belə ab-havanı ermənilər yaratmağa çalışır.
O baxımdan Nəcməddin Sadıkovun belə həssas məqamda müşavirədə guya təhqiramiz ifadə işlətməsi gülünc söhbətdir".
Ekspertin sözlərinə görə, iki adi adam söhbətləşəndə yan-yörəyə baxır ki, eşidən olmasın:
“İndi müdafiə nazirinin müavini, general rəhbər heyəti yanında hansısa təhqir işlədər? Hələ yazırlar ki, guya iki zabit etiraz edib. Yaxşı həmin zabitlər çıxsınlar, desinlər ki, biz olmuşuq, onlara ”eşq olsun" söyləyək.
Ondan qabaq da Polad Həşimov haqda başladılar. Ümumən, sosial şəbəkələr başa bir bəladır. Çünki əsassız ajiotaj yaradırlar.
İstər-istəməz iki nəfər inanmayanda, beş adam inanır, yəni yalan ayaq tutub yerimir, amma ürək bulandırır".
Deputat Fəzail Ağamalı N.Sadıkovla bağlı yayılan informasiyaların düşünülmüş şəkildə nüfuzdan salmaq kampaniyası olduğunu qeyd etdi.
Onun sözlərinə görə, daha əvvəl də qardaşının Ermənistan hərbi bazasında qulluq etməsi barədə sərsəmləmələr eşidilirdi: “Məlum oldu ki, bir qardaşı var, o da dünyasını dəyişib.
Son iddialara gəlincə, nazirlik səviyyəsində açıqlama verilibsə və Nəcməddin Sadıkov belə yüksək vəzifəni daşıyırsa, deməli, onun dosyesi həm təhlükəsizlik orqanlarında, həm prezidentdə var.
Mən ardıcıl olaraq aparılan kampaniyanı qəsdən gözdənsalma hesab edirəm. Çünki o, sıradan insan deyil".
F.Ağamalı bundan qabaq da Müdafiə Nazirliyinə qarşı kampaniya başlandığını xatırlatdı:
“Mən həmin vaxt bu cəhdi göstərənlərə qarşı çıxdım. Zakir Həsənovu tanıdığım üçün konkret faktlarla fikrimi əsaslandırdım. Eyni sözləri Nəcməddin Sadıkov haqda da söyləmək olar.
O, adi zabit deyil, Baş Qərargah rəisidir, gənc yaşlarından döyüşlərdə iştirak edib, zabit şərəfini yüksək səviyyədə qoruyub. Onunla döyüşənlər də Nəcməddin Sadıkov haqda yaxşı fikirlər söyləyirlər.
Fəzail Ağamalı: “O, ölkənin müdafiə sisteminə zidd fəaliyyət göstərmiş olsaydı, bu vəzifəni tutmazdı”
Məsələn, Sərsəng ətrafında gedən döyüşlər zamanı Nəcməddin Sadıkovun Sərdar Həmidov və Surət Hüseynovla fikir ixtilafı yarandığı bildirilirdi. Bu haqda mətbuatda məlumatlar dərc olunub. Amma Nəcməddin Sadıkov haqda iddiaların sübutu yoxdur".
Deputat söylədi ki, o, Azərbaycan dilini yaxşı bilməyə bilər: “Nəcməddin Sadıkovun dilimizi səlis bilməməsi çatışmazlıq ola bilər.
Amma o demək deyil ki, azərbaycanca bilmir. Əsas odur ki, peşəkar hərbçidir və üzərinə düşən vəzifəni yerinə yetirir.
Elə son Tovuz döyüşlərində Zakir Həsənovla birgə peşəkarlığı sayəsində erməni kommunikasiyası darmadağın edildi, üstünlük əldə olundu.
Bu uğurlu nəticədə onun da payı var. Odur ki, Nəcməddin Sadıkov ölkənin müdafiə sisteminə zidd fəaliyyət göstərmiş olsaydı, bu vəzifəni tutmazdı. Mənə elə gəlir, bütün bunlar Milli Orduya yönəlik əks təbliğatın tərkib hissəsidir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar