Xəbər lenti
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
Dövlət başçılarının vəfatı və dəfn mərasimləri bütün dövrlərdə və bütün ölkələrdə həmişə diqqət mərkəzində dayanan hadisələrdən birinə çevrilib. Neçə onilliklər keçsə də, Franklin Ruzveltin hərbi təyyarələrlə müşayiət edilən dəfn mərasimindən, 115 dövlətin rəsmilərinin iştirakı ilə Çörçillin son mənzilə yola salınmasından, Stalinin dəfn mərasimindəki yaranmış sıxlıqdan, Brejnevi dəfn edərkən tabutun qəbirə salınan zaman gurultusundan (əslində bu, top səsi olub) və bu kimi dəfn tədbirlərindən mətbuat bu gün də çoxsaylı yazılar dərc etməkdədir.
Dövlət başçılarının dəfn mərasimləri ssenaricə eyni olsa da, bu mərasimlərdə fərqli və diqqət çəkən hadisələr də az olmayıb. Yuri Andropovun dəfn mərasimində də bəzi məqamlar diqqətdən yayınmayıb.
Qeyd edək ki, Yuri Andropovun vəfatı ilə bağlı müxtəlif fikirlər söylənilib. Bəziləri baş katibin vəfatını təbii ölüm kimi qəbul etməyiblər, bu məsələdə kənar bir əlin olduğu versiyasını səsləndiriblər. Bu cür versiyaların söylənməsi əsassız olmayıb.
Düzdür, Andropov ömrünün son aylarını əsasən müalicə müəssisələrində keçirib. Amma həkimlər, xüsusilə də Yevgeni Çazov baş katibin səhhətində ölüm təhlükəsi görməyib. Andropovun vəfat etdiyi günü, 1984-cü ilin 9 fevral tarixini baş katibin mühafizə rəisinin müavini Boris Kryukov belə xatırlayıb:
“Hər şey normal idi. Həkimlər yalnız Andropovun qidalanmasından narahat idilər. Həmin gün səhər saatlarında mənim təkidimdən sonra o, nahar etdi, daha sonra üzünü qırxmağa kömək etdim. Həmişə olduğu kimi, bəzi qovluqları ona verdim. O, yataqda sənədlərə baxdı, bəzi qeydlər etdi. Amma birdən hər şey dəyişdi, saat 16.50-də Andropov komaya düşdü, həkimlərin cəhdi heç bir nəticə vermədi. Bu mənim üçün gözlənilməz idi...”
Dafa bir müəmma doğuracaq hadisə, Andropovun vəfatından bir gün əvvəl Çernenkonun və Plexanovun xəstəxanaya gəlməsi, baş katibin mühafizə rəisindən kabinetindəki seyfin açarlarını alması olub. Adətən məxfi sənədlərin saxlandığı seyfin açarları birinci şəxsin vəfatından sonra götürülüb. Andropovdan sağ ola-ola açarların götürülməsi isə ondan xəbər verib ki, Çernenko ölüm tarixini əvvəlcədən bilib.
Baş katibin ölümü haqqında digər bir versiya onun zəhərlənməsi ilə bağlı olub. Həmin versiyaya görə, Andropovu zəhərləyərək öldürüblər.
Sonralar isə ən “maraqlı” açıqlamanı Boris Yeltsinin mühafizə rəisi işləmiş Aleksandr Korjakov verib:
“Yuri Andropov mərkəzi klinik xəstəxanada müalicə alanda 3 reanimator sutka ərzində növbədə dururdular. Onlardan ikisi peşəkar reanimatorlar, biri isə terapevt idi, üç aylıq reanimator kursları keçmişdi. Andropov məhz onun növbəsində vəfat edib. Digər iki reanimator bildirib ki, baş katibi xilas etmək mümkün məsələ olub. Amma buna cəhd edilməyib, yaxud da peşəkarlıq yetərincə olmayıb...”
Bütün bu versiya və müəmmaları heç kim araşdırmayıb. Andropovun rəsmi ölüm səbəbi böyrək çatışmazlığı kimi göstərilib.
Yuri Andropovun dəfn mərasimi də müəmmalarsız ötüşməyib. Onun vəfatı yalnız 3 gündən sonra, fevralın 12-də elan edilib. Dəfn mərasimi isə fevralın 14-də keçirilib. Son görüş üçün Andropovun nəşi qoyulmuş tabut İttifaqlar Evinin sütunlu zalına qoyulub.
Baş katiblə sonuncu görüşə gələnlərin arasında Andropovun birinci nikahından olan oğlunun həyat yoldaşı Mariya və qızı da olub. Onlar əvvəlcə Andropovun Kutuzov küçəsindəki mənzilinə gediblər. Amma onlar mənzilə buraxılmayıblar. Baş katibin gəlini və nəvəsi üçün şəhərin mərkəzindəki mehmanxanaların birində yer ayrılıb. Təbii ki, bu da səbəbsiz olmayıb. Belə ki, Andropov rəsmi tərcümeyi-hallarında birinci evliliyini həmişə gizlədib. Onun birinci nikahdan olan oğlunun iki dəfə həbsxana həyatı yaşaması Andropovu ailsindən imtina etməyə məcbur edib. Hətta oğlu 1975-ci ildə vəfat edəndə, Andropov onun dəfn mərasimində də iştirak etməyib. Bu baxımdan həm Andropov, həm də ikinci ailəsi birinci ailə ilə bütün əlaqələri kəsməyə çalışıblar. Elə buna görə də baş katibin gəlini və nəvəsi onun mənzilinə buraxılmayıb.
İttifaqlar Evində də gəlin və nəvə bir neçə dəfə zaldan çıxarılıb. Xarici qonaqlar və yüksək ranqlı dövlət məmurları sütunlu zala daxil olanda “qohumlara” ikinci qapı göstərilərək zaldan uzaqlaşdırılıblar. Mariya dəfndən sonra jurnalistlərə açıqlama verəndə, bu münasibtə özünə və baş katibin nəvəsinə hörmətsizlik kimi qiymətləndirib.
Andropovun dəfni Brejenvin dəfnindən fərqli olaraq sakit keçib. Dəfn mərasimində 69 yaşlı sabiq baş katib haqqında Çernenko və bir neçə nəfər qısa nitq söyləyiblər.
Yuri Andropovun nəşi Kreml divarları qarşısında torpağa basdırılıb.
İlham Cəmiloğlu, Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar