Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Dövlət Sərhəd Xidmətinin Xızı rayonu ərazisində qəzaya uğramış Mi-17 markalı həbi helikopteri SSRİ hərbi sənayesinin istehsalıdır.
"AzPolitika.info" xəbər verir ki, hərbi-nəqliyyat helikopterinin hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur.
Son illərdə Mi-17 vertolyotu ilə bağlı baş vermiş qəzalar:
12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.
31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-17 qəzaya uğrayıb.
19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.
11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.
27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb, 5 nəfər ölüb.
27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.
Helikopterin ümumi parametrləri belədir:
Ekipaj: 3 nəfər ( 2 pilot və 1 mühəndis)
Tutumu: 24 nəfər və ya 12 xərək, 4,000 kq yük
Uzunluğu: 18.465 m
Rotor diametri: 21.25 m
Hündürlüyü: 4.76 m
Boş çəki: 7,489 kq
Yüklü çəki: 11,100 kq
Maksimal qalxma çəkisi: 13,000 kq
Güc təminatçısı: 2 ədəd Klimov VK-2500PS-03 mühərriki.
Uçuş keyfiyyətləri:
Maksimum sürət: 280 km/s
Maksimal uçuş məsafəsi: 800 km
Uçuş tavanı: 6,000 m
Yüksəkliyə qalxma sürəti: 8 m/s
1,500 kq-dan çox silah, raket və ya aviabomba daşıya bilər.
Bəzi mənbələrdə helikopterin qiymətinin 7 milyon dollar olduğu bildirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar