Xəbər lenti

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verdiyini bəyan edib. Bu, son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir”.

 Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, kimsə ABŞ və Rusiyanın Qarabağla bağlı vahid mövqe ortaya qoyacağına Azərbaycan xalqını kimsə inandıra bilməz: “Amma Türkiyə və Rusiya bu məsələdə təhlükəsizliklə bağlı rol oynaya bilər. Ən azı Naxçıvanla bağlı Qars müqaviləsi nümunəsi var. Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var. Bu, iki dövlətin təhlükəsizlik qarantiyası ilə bağlı çox mühüm addım olar”

strateq.az




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 17-11-2017, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma