Xəbər lenti

“ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.

 O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 20-11-2017, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma