Xəbər lenti

“Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək olar. Sistemləşdirərək deyə bilərik ki, dini təhlükəsizlik milli təhlükəsizliyin başlıca tərkib hissəsidir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir: “Yuxarıda qeyd edilənlərə əsaslanaraq perspektivdə təhlükə və təhdidlərin artan xətlə və daha aqressiv şəkildə inkişaf edəcəyi şübhə doğurmur. Başda erməni lobbisi olmaqla ölkəmizə qarşı məkrli niyyətləri olan qlobal güclər antimilli qüvvələrlə birləşərək güclənən dövlətimizə qarşı siyasi, dini və digər mövqelərdən davamlı şəkildə təxribat xarakterli çirkin kampaniyalar aparırlar. Azərbaycanın nüfuzu, iqtisadi uğurları artdıqca bütün sahələr üzrə bu tipli kampaniyalar daha da arta bilər. Belə olan şəraitdə ölkəmizin xüsusilə təhlükəsizlik sahəsində çevik, dəqiq, operativ və balanslaşdırılmış siyasətə ehtiyacı əvvəlki illərə nisbətdə daha çoxdur. Aparılan təhlillər, dünya ölkələrinin praktik təcrübəsi onu göstərir ki, sadalanan təhdid və təhlükələrlə mübarizə aparmaq və bu mübarizədə nəticə əldə etmək üçün güclü dövlət – güclü rəhbər tandemi birinci şərtdir”.

S.Heydərovun sözlərinə görə, əgər güclü dövlət-güclü rəhbər tandemi pozularsa, böyük zəhmət nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik, ümumilikdə milli təhlükəsizliyimiz  qlobal təhdidlər və təhlükələrlə üzləşə bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 547          Tarix: 9-04-2018, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma