“Depuatların əmək haqqlarının nə qədər olmasını mən dəqiq deyə bilmərəm. Bu beş min də, on min də ola bilər. Əmək haqları arzuyla müəyyən olunmur”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deputatların maaşlarının artırılmasına münasibət bildirərkən deyib. F.Mustafa həmkarı Qüdrət Həsənquliyevin maaşlarla bağlı fikirlərinin də media tərəfindən təhrif olunduğunu bildirib:
“Depuatların əmək haqqlarının nə qədər olmasını mən dəqiq deyə bilmərəm. Bu beş min də, on min də ola bilər. Əmək haqları arzuyla müəyyən olunmur. Qüdrət Həsənquliyev çıxışında bildirmişdi ki: “Əmək haqları Azərbaycanda azdır. Deputatın maaşı 8 min, Milli Məclisin sədrinin maaşı 10 min və prezidentin maaşı 15 mindirsə, həkimin də, müəllimin də maaşı 5 min olmalıdır”. Bunu da media təhrif edib ancaq deputatlara yüksək maaş tələb olunur deyə yanlış məlumat kimi insanlara çatdırdı. Bu da Azərbaycan mediasında peşəkarlığın aşağı olmasından irəli gələn bir məsələdir. Yəni mətni biri yazır və digərləri də onu götürüb paylaşırlar. Çıxışda məqsəd o idi ki, əhalinin maaşı qalxsın. İnsanların maaşı çox aşağıdır və bu maaşla və ya təqaüdlə dolanışıq imkanına sahib deyillər. Bunu millət vəkili dilə gətirdi, amma onu insanlara başqa cür çatdırdılar”.
F.Mustafa deyib ki, indiki maaşla heç kim dolana bilmir: “İndiki maaşla nə məmur, nə həkim, nə də müəllim yaşaya bilir. Bir dəfə həkimə gedib MRT etdirmək üçün 140-150 manat pul ödəməlisən. Dədələrinin qiymətin üstünə qoyublar. Ayda 170 manat maaş alan müəllim həkimə getsə, sabaha yeməyə çörək tapacaqmı? Bunu düşünən yoxdu. Ümumiyyətlə təhlil qabliyyətinin olmaması, insanların öz xeyrinə olan fikirləri belə topa tutmağa imkan yaradır”.
Paylaş: