Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır.
***
Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Diplomat qeyd edib: “Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur”.
Paylaş: