Xəbər lenti

“Kanada Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ümid edir”.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Jastin Trüdo erməni həmkarı Nikol Paşinyanla Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

O, regionun xalqlarının rifahı naminə ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinin davam etməsinin, münaqişənin dinc yolla tənzimlənməsi üçün danışqların aparılmasının vacibliyini vurğulayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 421          Tarix: 13-10-2018, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma