Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil etdi. Müşavirədə səslənən fikirlər bir daha göstərdi ki, dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir.
Pu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Ziyad Səmədzadə qeyd edib ki, qlobal dünyada baş verən risklərə baxmayaraq, ölkəmiz iqtisadiyyatını gücləndirir. Qeyri-neft sektoru yüksək templə inkişaf edir. Qeyri-neft sektorunun sənaye sahəsində üstünlük daha çoxdur. İxrac potensialımız artır, idxal və ixrac arasında nisbət optimallaşır, vergi, gömrük sahələrində şəffaflığın artırılması istiqamətində irimiqyaslı addımlar atılır. Ötən doqquz aya nəzər salsaq görərik ki, ölkə iqtisadiyyatının nailiyyət olmayan bir sahəsi yoxdur.
Komitə sədri vurğulayıb ki, Azərbaycan özünün inkişaf modeli ilə bütün dünyada böyük nüfuz qazanıb, ölkəmizin uğurları göz qabağındadır. Əldə edilən nəticələr 2018-ci ilin son üç ayının da çox uğurlu olacağını deməyə əsası verir. Bütün göstəricilərə görə 2018-ci il Azərbaycan üçün önəmli bir il olacaq. \\Publika.az
Paylaş: