Xəbər lenti

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüşdə tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 397          Tarix: 21-11-2018, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma