“Dünyada 2018-ci ildə bir çox təhlükəli proseslər gedib və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşib”.
AZƏRTAC bildirir ki, bu sözləri prezident İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir: “Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilib. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur”
Paylaş: