Xəbər lenti

 

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun əvvəlində Azərbaycanın işğal altında saxlanılan Xankəndində keçirilən "ümumerməni oyunları" tədbirində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına münasibət bildirib.

"Report"un xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında şiddəti pislədiyini vurğulayıb.

"Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq. Biz səbirsizliklə tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü gözləyirik, ümid edirəm ki, sentyabrda baş tutacaq. Bu dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq", - deyə səfir əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 31-08-2019, 06:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma